Ermənistan XİN: "Sankt-Peterburqda Qarabağla bağlı keçirilən görüş uğurlu olub"
Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünü müsbət qiymətləndirib.
21 İyun 2016 09:26 SiyasətErmənistanın xarici işlər naziri Edvard Nalbəndyan Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünü müsbət qiymətləndirib.
"RİA Novosti" xəbər verir ki, o bu barədə Sankt-Peterburqda jurnalistlərə açıqlamasında deyib.
"Bugünkü görüş olduqca faydalı oldu və müəyyən ehtiyatla qeyd edə bilərəm ki, konstruktiv atmosferdə keçirildi" - , deyə E.Nalbəndyan bildirib.
O, həmçinin görüşlərin yalnız prezident səviyyəsində deyil, həm də XİN rəhbərləri səviyyəsində davam etdiriləcəyini vurğulayıb: "Bütün proseslərATƏT-in Minsk qrupu formatında həyata keçiriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31