Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşəcəyi məkan məlum olub

Azərbaycan və Ermənistan prezidentləriİlham Əliyev və Serj Sarqsyanın görüşü bu gün Sankt-Peterburqdakı Konstantinovski sarayında keçiriləcək. 

"Report" xəbər verir ki, bu barədə görüş yerinə gələn ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, əvvəlcə V.Putin ayrı-ayrılıqda İ.Əliyev və S.Sarqsyanla görüşəcək, daha sonra prezidentlər üçtərəfli formatda danışıqlar aparacaq. 

Y.Uşakov bildirib ki, görüş günün ikinci yarısında nəzərdə tutulub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31