Azərbaycan nümayəndə heyəti İsveçrə parlamentində olub

Milli Məclisin sədr müavini, Azərbaycan parlamentində İsveçrə ilə dostluq qrupunun rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə səfərdədir. "OLAYLAR"-ın xəbərinə görə, nümayəndə heyəti İsveçrə parlamentinin aşağı palatası - Milli Şurada və yuxarı palatası - Kantonlar Şurasında görüşlər keçirib. Nümayəndə heyətimizin Milli Şuranın sədri Stefan Rossini ilə görüşündə Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələrinin hazırkı səviyyəsi və inkişaf perspektivləri müzakirə edilib. Stefan Rossini Azərbaycan ilə münasibətlərin çox yaxşı səviyyədə olduğunu vurğulayıb, parlamentlərarası əlaqələrin dinamik inkişaf etdiyini söyləyib. Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycan ilə İsveçrə arasında əlaqələrin inkişafı parlamentlərarası münasibətlərə də yaxşı təsir göstərib. İndi bu sahədə də sıx əlaqələrimizin olması bu günün reallığıdır. Nümayəndə heyətimiz adından S.Rossiniyə Azərbaycan xalçası hədiyyə olunub. Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. İsveçrə parlamentinin hər iki palatasının komissiya rəhbərləri ölkələrin sərhədlərinin hərbi yolla dəyişdirilməsinin yolverilməz olduğunu vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00