Azərbaycana əsassız iddialarla təzyiq etmək mümkün deyil

"Bəzi dairələr tərəfindən Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının boykot edilməsi çağırışının heç bir əsası yoxdur. İyun ayında keçiriləcək ilk Avropa Oyunları Azərbaycanın həm bir dövlət kimi özünü təsdiq etməsi, həm də xalqımızın böyük uğurudur". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli səsləndirib. Bildirib ki, "Amnesty İnternational", "Human Rights Watch" kimi beynəlxalq qeyri-hökumət təşkilatları Qərbin müxtəlif dairələri tərəfindən idarə olunur: "Məhz həmin dairələr Azərbaycana qarşı belə bir çirkin kampaniyaya başlayıblar". Komitə sədri qeyd edib ki, artıq Azərbaycanın inkişafı o səviyyədədir ki, bu cür əsassız iddialarla ölkəmizə təzyiq etmək mümkün deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00