Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin növbəti təxribat qrupu məhv edilib
6 Mart 2015 11:11 SiyasətMartın 6-a keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu Ağdərə-Tərtər istiqamətində qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyindən Trend-ə bildiriblər ki, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, görülən qabaqlayıcı tədbirlər və atəş gücü vasitəsilə düşmənə endirilən ağır zərbədən sonra itki verən işğalçılar silah və sursatı ataraq geri qaçmağa məcbur ediliblər. Döyüşdə bir hərbi qulluqçumuz çavuş Zahidov Dəyanət Mehman oğlu sağ əlindən yüngül yaralanıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00