Dövlət Komissiyası tərəfindən aparılmış araşdırma zamanı daha 4 nəfərin atəşkəsə qədərki döyüşlərdə itkin düşməsi faktı aşkar edilib

İtkin düşmüş 8 nəfərin isə taleyi müəyyənləşdirilib

Ötən il ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılmış araşdırma zamanı 4 nəfərin atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilib.APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.Hesabatda qeyd olunub ki, həmin şəxslərin adları Dövlət Komissiyasında qeydiyyata alınıb və müvafiq siyahıya salınıb. İtkin düşmüş 8 nəfərin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb.2014-cü ilin sonuna olan məlumata görə, 4009 nəfər itkin düşmüş, 1428 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Qeydiyyatında qeydiyyata alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00