Azərbaycanın Pakistandakı səfirliyi Azim İqbalın sərgisini keçirib
5 Mart 2015 15:23 SiyasətPakistandakı Azərbaycan səfirliyinin dəstəyi ilə bu ölkənin tanınmış rəssam-xəttatı Azim İqbalın "Sülh və Harmoniyanın Rəngləri" adlı fərdi sərgisi keçirilib. "OLAYLAR"-ın səfirliyə istinadən verdiyi xəbərə görə, Milli İncəsənət Mərkəzində baş tutan sərgidə bu ölkənin informasiya, yayım və milli irs naziri Məhəmməd Azam, Pakistan prezidentinin mətbuat katibi Samina Vakar, Pakistanda akkreditə olunmuş diplomatlar, tanınmış ictimai siyasi xadimlər iştirak ediblər. Tədbirdə səfir Daşqın Şikarov iki ölkə arasında dostluq münasibətlərindən danışıb. Azim İqbal haqqında danışan səfir, öz yaradıcılığında rəssamın incəsənət vasitəsilə sufiliyə mənəvi səyahət edərək sülh və harmoniyanı təbliğ etdiyini vurğulayıb. Pakistanın informasiya, yayım və milli irs naziri Məhəmməd Azam sərginin keçirilməsinə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib.
A.İqbal çıxışında Azərbaycan səfirliyinə onun fərdi sərgisinin keçirilməsində yardım etdiyinə görə təşəkkürünü bildirib. O, Azərbaycanın zəngin mədəni irsi, qədim tarixinə malik olduğunu qeyd edib, İslamabad şəhərində keçirilmiş tədbir Pakistan mediası tərəfindən geniş işıqlandırılıb.