ADP Milli Şuranın mitinqinə dəstək verməyəcək

Milli Şuranın martın 15-nə nəzərdə tutduğu aksiyada Azərbaycan Demokrat Partiyası iştirak etməyəcək.  Bu barədə "OLAYLAR"-a məlumat verən partiyanın sədr müavini Taliyət Əliyev deyib ki, aksiyaya dəstək verilməsi ilə bağlı ADP-yə hər hansı müraciət daxil olmayıb: "Müraciət daxil olarsa partiyada müzakirə olunaraq dəyərləndiriləcək. Lakin, təşkilatçılığında iştirak etmədiyimiz hər hansı bir aksiyada partiya olaraq iştirak etməyimiz düzgün olmazdı". Taliyət Əliyev onu da bildirib ki, ADP-nin üzv və tərəfdarlarının həmin aksiyada iştirakına da heç bir qadağa qoyulmayıb: "Çünki, bu insanların konstitusion hüquqlarıdır. Kimlər istəyərlərsə həmin aksiyada iştirak edə bilərlər. Necə ki, bu vaxta qədər keçirilən bütün aksiyalarda ADP üzv və tərəfdarları sərbəst şəkildə iştirak ediblər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00