Prezidentlər imza atdı
İki ölkə arasında əməkdaşlıq müqaviləsi imzalanıb
4 Mart 2015 15:26 SiyasətAzərbaycan və Bolqarıstan dövlətləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Anspress-in məlumatına görə, müqaviləni Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rosen Plevneliyev keçirilən təkbətək görüşdən sonra imzalayıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanda rəsmi səfərdədir. Dövlət başçısının səfəri çərçivəsində Sofiyanın Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub. Daha sonra İlham Əliyev Sofiyada naməlum əsgərin məzarını ziyarət edib. Burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00