Azərbaycan nümayəndələri Yerevana getməkdən imtina etdilər
4 Mart 2015 14:58 SiyasətMDB ölkələrinin Dəmiryol Nəqliyyatı Şurasının Sərnişin təsərrüfatı üzrə komissiyasının XV iclası Yerevanda keçiriləcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə "Cənubi Qafqaz Dəmiryolu" QSC-nin mətbuat xidmətindən bildiriblər. İclasda Belarus, Gürcüstan, Qazaxıstan, Litva, Latviya, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Estoniyanın dəmiryol administrasiyalarının nümayəndələri iştirak edəcəklər. Azərbaycan iclasda təmsil olunmayacaq. İclas martın 6-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00