"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Aİ üçün ən yüksək prioritetdir"

Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və prezidentlər səviyyəsində də daxil olmaqla, Ermənistan və Azərbaycan arasında dialoqun qurulmasına yönəldilmiş vasitəçiliyi ilə danışıqları dəstəkləyir. Bunu Trend-ə Aİ-nin mətbuat xidmətindən strukturun münaqişənin nizamlanmasındakı rolunu şərh edərkən deyiblər. Aİ-nin mətbuat xidmətindən bildiriblər: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Aİ üçün ən yüksək prioritetdir və mövcud status-kvo qəbuledilməzdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00