İtaliyan siyasətçi Xocalı soyqırımı haqqında məqalə yazıb
4 Mart 2015 12:44 Siyasətİtaliyalı siyasi analitik Ermanno Visintainerin Xocalı soyqırımı haqqında məqaləsi dərc olunub. "OLAYLAR"-ın xəbərinə görə, "Xocalı azərbaycanlıların qəlbində açıq qalan yaradır" adlı elmi məqalə İtaliyanın nüfuzlu "Ragusaoggi.it" xəbər saytında yerləşdirilib. Xocalı soyqırımının başvermə səbəbləri və Ermənistanın vandalizm siyasəti və s. analitikin elmi məqaləsində öz əksini tapıb. Xatırladaq ki, Azərbaycanı sevən və dəstəkləyən Ermanno Visintainer Şimali İtaliyanın Trentino bölgəsində fəaliyyət göstərən "Vox Populi" Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00