Xəzərlə bağlı iclas başladı
Xüsusi işçi qrupun 39-cu iclası sabah da davam edəcək
4 Mart 2015 11:13 SiyasətXəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclası öz işinə başlayıb.ANS PRESS-in məlumatına görə, iclasda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üçün danışıqlar aparılacaq.Bununla yanaşı, 2015-ci il ərzində Astanada keçirilmәsi planlaşdırılan sammitin gündәliyi vә tarixi də müәyyәn olunacaq.Qeyd edək ki, xüsusi işçi qrupun 39-cu iclasında xarici işlәr nazirinin müavini Xәlәf Xәlәfov, İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpur, Qazaxıstan XİN xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova iştirak edirlәr.Xüsusi işçi qrupun 39-cu iclası sabah da davam edəcək.