Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ölkəmizə rəsmi səfərə gələcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, martın 4-də Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Akın Öztürk Azərbaycana rəsmi səfərə gələcək. Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. A.Öztürkün Azərbaycana səfəri martın 6-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00