Azərbaycan və Türkiyə qırıcıları səmanı fəth edəcəklər
3 Mart 2015 16:25 SiyasətAzərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 6 qırıcı və 106 nəfərlik şəxsi heyət Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konyada "TURAZ Şahini-2015" adlı təlimlərdə iştirak edəcəklər. Trend-in Türkiyənin "Radikal" qəzetinə istinadən verdiyi məlumata görə, hərbi hava təlimlərində MiQ-29 və F-16 qırıcı təyyarələri iştirak edəcək. Hərbi təlimlərin bu gündən başlayaraq aprelin 2-dək davam edəcəyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00