Ərdoğan: "Xocalıdakı qardaşlarımız yandırılaraq qətlə yetirildi"
25 Fevral 2015 18:38 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı faciəsi ilə bağlı başsağlığı verib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir. Prezident başsağlığında bildirib: "1992-ci ildə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Xocalı şəhərindəki qardaşlarımız yandırılaraq qətlə yetirildi". R.T.Ərdoğan qeyd edib: "Şəhidlərimizin əziz xatirəsini yad edir, Allahdan onlara rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı veririk. Allah azərbaycanlı qardaşlarımıza bir daha belə zülm yaşatmasın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00