QHT sədrindən AŞPA prezidentinə cavab

"Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasserin Xocalı soyqırımına münasibət bildirməməsi, əksinə ermənipərəst Leyla və Arif Yunusların, Xədicələrin hüquqlarının bərpasını tələb etməsi cəmiyyətimizdə ikrah hissi oyadır. Bu bir daha ikili standartdan xəbər verir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri ASGA sədri Səbuhi Abbasov Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasserin "Mən Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsinin davam etməsindən,  Leyla və Arif Yunusların həbs müddətinin uzadılmasından ciddi narahatam" deməsinə münasibət bildirərkən səsləndirib. Səbuhi Abbasov deyib ki, Ann Brasserin twitter səhifəsinə hər kəs öz etirazını bildirməlidir: "Ann Brasser ilk növbədə bu sualları cavablandırsın: Dağlıq Qarabağ münaqişəsi zamanı, bütövlükdə bu konflikt nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün düşüb. Bunların hüquqi niyə bu günə qədər AŞPA-da müzakirə olunmayıb? Niyə yüzlərlə azərbaycanlını ermənilər tərəfindən xüsusi amansızlıq və vəhşiliklə qətlə yetirilməsini AŞPA qəbul etmir? Niyə AŞPA-a tələblərinə hər zaman zidd gedən Ermənistan haqqında Ann Brasser kəskin münasibət bildirmir? Hesab edirəm ki, biz artıq bu və bu kimi ədalətsizliklərə cavab verəcək dərəcədə güclənmişik. QHT-lər birmənalı şəkildə bu məsələ ilə bağlı mövqe ortaya qoymağı bacarmalıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00