Belarusda Xocalı faciəsi qeyd edilib
25 Fevral 2015 15:48 SiyasətXocalı soyqırımının 23-cü ildönümü ərəfəsində faciə qurbanlarının xatirəsi Belarusun paytaxtı Minskdə anılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, mərasimdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyinin nümayəndələri, Belarus Azərbaycan İcmaları Konqresinin təmsilçiləri və tələbələr iştirak edib. Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov və Konqresin İdarə Heyətinin üzvü Məzahir Yusifov çıxış edərək 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım aktı törətməsindən danışıblar. Onlar bu faciənin Azərbaycan xalqının tarixində ən böyük və ən qəddar qanlı hadisə olduğunu vurğulayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00