Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
25 Fevral 2015 15:12 SiyasətTürkiyə Xarici İşlər Nazirliyi Xocalı Soyqırımının 23-cü ildönümü ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir:
"Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində 1992-ci ilin fevralın 26-da yüzlərlə azərbaycanlı soydaşımızın vəhşicəsinə qətlə yetirilməsinin 23-cü ildönümündə, qardaş Azərbaycan xalqının kədərini qəlbimizdə hiss edirik, üzüntünüzü ən dərin hisslərlə paylaşırıq. Bu dəhşətli faciə Azərbaycan xalqı kimi bütün Türk Dünyasınən qanayan yarasıdır. Kiprdəki türk cəmiyyəti də yaxın keçmişdə buna bənzər hadisələrə şahidlik edib və ağrısı hələ də hiss edilən hücumların qurbanı oldu, çoxlu sayda insan öz yaxınını itirdi. Dünyanın gözləri qarşısında gerçəkləşdirilən Xocalı soyqırımı, qarşıdurmaların və müharibələrin qaranlıq tərəflərini yaddan çıxarmamağı zəruri edir. Bu faciə yaxın qonşuluq əlaqələrinin inkişaf etdirilməsini və sülhün zərurət olduğunu xatırladır. Haqlı mübarizəsində dost və qardaş Azərbaycan xalqının yanında olacağıq". ("OLAYLAR İA")