Türkiyə tarixində heç bir "erməni soyqırımı" olmayıb - Parlamentin spikeri
25 Fevral 2015 14:48 SiyasətTürkiyə tarixində ermənilərə qarşı heç bir "soyqırım" baş verməyib. Bu sözləri Türkiyə Böyük Millət Məclisinin spikeri Cemil Çiçek bildirib. Bu barədə Trend "Haber7" telekanalında istinadən məlumat verir. Onun sözlərinə görə, Türkiyəni hər cür yolla ləkələmək istəyən erməni diasporuna qarşı bütün dünyada müqavimət göstərmək niyyətindədirlər. C.Çiçək bildirib ki, Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün öz arxivlərini açıb. Əgər Ermənistanın belə arxivləri varsa, o da açsın.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00