Mövlud Çavuşoğlu: “Xocalı qətliamını törədənləri lənətləyirik”

"Xocalıda qətlə yetirilən qardaş və bacılarımıza rəhmət diləyir, ağrı-acılarınızı anlayırıq". APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. M. Çavuşoğlu bildirib ki, sabah prezident İlham Əliyevlə birlikdə Xocalı abidəsini ziyarət edəcək: "Bir daha Xocalı qətliamını törədənləri lənətləyirik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00