Əli Kərimli fərqli düşüncəyə niyə dözmür?
25 Fevral 2015 14:10 SiyasətAXCP sədrinin keçmiş müavini Razi Nurullayevin mətbuat konfransında partiyadan istefa vermə səbəblərini açıqlaması cəbhəçilərin təhqir və tənqidləriylə qarşılandı. Konfrans başa çatar-çatmaz R.Nurullayevə "Facebook" hücumu başladı. Rəyasət Heyətinin 4 saatlıq iclasının 50%-ni "Facebook" "like"lərinə həsr edən Əli Kərimlidən daha məntiqli cavab gözləmək sadəlövhlük olardı. Bu dəfə də o, bizi çaşdırmadı. Əli Kərimli bir daha bununla fərqli düşüncələrə və haqlı ittihamlara dözümsüz olduğunu nümayiş etdirdi. Razi Nurullayevin tədbirdə partiya sədrinin cəbhəçiləri ağır məhrumiyyətlər içində yaşamağa məcbur etdiyi fikirlərini də nəzərə alsaq, onların keçmiş müavini nəyə görə təhqir etmələri başadüşülən deyildi. Əslində anlaşılandır. Çünki AXCP-yə üzv olan kəsimin demək olar ki, 90%-i bekar və gününü "Facebook"-da öldürənlərdən ibarətdir. Bekarçılıq və bundan yaranmış boşluq, gününü fərqli etmək üçün müxtəlif yollara aparır. Lakin demokratiya və azadlıq kimi anlayışları əllərində bayraq edənlərin azad fikrə olan hücumları birmənalı deyil. Bu, Əli Kərimlinin özünün işləyib hazırladığı demokratiya prinsiplərindən və partiya üzvlərinə AXCP-nin "əsl demokratiya" olmasına inandırmasından irəli gəlir. Lakin Əli Kərimlinin adını tez-tez çəkdiyi demokratiya bizim bildiyimiz demokratiyadır. Buna görə də, cəbhəçilər və onun tərəfdaşları səbrli olmalı idilər. Əgər, əks fikirlərə dözümsüzlük varsa, irad və ittihamlar üçün yer qoymayacaq şəffaf mübarizə metodu seçilməlidir. O adam ittihamlara qışqıraraq cavab verir ki, əməlləri düzgün deyil. Demokratiya yolu düşüncələrin sərbəst şəkildə ifadə edilməsinə təzyiqlərin edilməməsindən və söz yığınının olmadığı tutarlı arqumentlərdən keçir. Tənqid və fərqli düşüncələrə ifadə azadlığı tanıyan rəhbər üçün bu, əksikliklərin tamamlanması üçün özünə verdiyi şansdır. Düşüncənin sərbəst ifadəsinin qarşısına maneələr çıxarmaq, bundan narahat olmaq, özünü tənqidedilməz kimi təqdim etmək totalitar və faşist idarəçilərə xas simadır. Tənqidlər və haqlı ittihamlar tolerantlığın inkişafına yol aça bilər. Partiya üzvlərini təxribata çəkib həbsləri üçün zəmin yaradan Əli Kərimlidən isə, tolerant olmasını gözləmək sonuncu düşünülən məsələdir. Gününü "like"lərin sayılması ilə və səfirliklərdə başa vuran adam ciddi düşünə bilməz, ciddi hədəflərdən danışa bilməz. Bütün tribunalarda eyni çıxışları etmək liderlik yox, öz məqsədlərinin, şəxsi mənfəətlərinin adamı olmaq deməkdir. Əli Kərimliyə AXCP sədri olmaq pul qazanmaq üçün lazımdır. Cəbhəçilər kimi maliyyə aldığı dairələri də aldadan Əli Kərimli üçün, "iqtidarla siyasi mübarizə" adı altında göstərdiyi fəaliyyət də, sosial rahatlığının təmininə yönəlikdir. Ona görə də Razi Nurullayevin iradlarının dozası çox olduğu üçün, əsl niyyətinin üzə çıxacağından qorxdu.
Ömər Zamin