Gənclər “Xocalıya Ədalət” dedi

"Xocalıya Ədalət" kampaniyası çərçivəsində Gənc Liderlər " Xocalı Soyqırımı 23 il - Əsrin faciəsi yaddaşlarda" adı maarifəndirmə tədbiri təşkil edib. "OLAYLAR"-ın xəbərinə görə, məqsədi "Xocalıya Ədalət" kampaniyasına dəstək vermək, dünyanın diqqətini bir daha Xocalı soyqırımına yönəltməkdir. Tədbirdə çıxış edənlər Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına genış məlumat veriblər. Natiqlər eyni zamanda bəyan etmişlər ki, bu cür maarifləndirmə tədbirləri Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan "Xocalıya Ədalət" kampaniyasının tərkib hissəsidir. Sonda tədbir iştirakçılarına politoloq Ramiz Aliyevin müəllifliyi ilə dərc olunan "The Voice of History" (Tarixin Səsi) adlı kitab paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00