Müsavat Partiyasının 7 üzvü istefa verib

Müsavat Partiyasının 7 üzvü partiyadan istefa verib. Trend-in məlumatına görə, bu barədə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy öz "facebook" profilində yazıb. S.Əlisoy qeyd edib ki, Əlisoylar Müsavatla vidalaşdı: "Kimsə nəsə axtarmağa cəhd etməsin, məni -Səxavət Əlisoyu absurd arqumentlərlə partiya üzvlüyündən xaric etdikdən sonra bizimkilərin orada qalması şərəf məsələsi idi: "Şərəfsizlər üçün şərəfin dəyəri olmur" deyiminə inandığım üçün Əlisoyların 7 nəfər üzvünün Müsavat Partiyasından istefa etdiyini açıqlayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00