Ermənistan dalana dirənib

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin yeganə ciddi problemidir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına millət vəkili Elman Məmmədov səsləndirib. Bildiib ki, son vaxtlar cəbhə bölgəsində gərginliyin artması münaqişənin həllini daha da zəruri edir6 " Ermənilər təxribatlar törədərək problemin həllini uzatmağa çalışırlar. Prezident İlham Əliyevin rəhbərliyilə yürüdülən xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet yer tutur. Məhz dövlət başçısının elan etdiyi hücum diplomatiyası sayəsində bu istiqamətdə ciddi nəticələr əldə olunub". Millət vəkili deyib ki, Azərbaycanın hücum diplomatiyası nəticəsində Ermənistanın xarici siyasəti iflasa uğradılıb və işğalçı dövlət dalana dirənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00