Almaniyada Xocalı faciəsi anılacaq

Milli Məclisin deputatları Xanlar Fətiyev, Siyavuş Novruzov və Rauf Əliyev Berlində fəaliyyət göstərən "Azərbaycan Evi" Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etmək üçün fevralın 25-dən martın 2-dək Almaniyada səfərdə olacaqlar. Bu barədə Milli Məclisdən verilən məlumata görə, deputatlarımız mərasimdə Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, hazırkı durumu, torpaqlarımızın işğalı və Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00