“Mən AXCP-ni içəridən dəyişmək istəyirdim”

Razi Nurullayev: “Partiyaya şirkəti kimi baxan Əli Kərmli buna inmkan vermədi”

"Məni necə tanıyırsınızsa, necə görmüşsünüzsə elə də qalıram. Dünən Əli Kərimli məni evinə dəvət etdi. Müavinlikdən çıxardığını söylədi. Təklif etdi ki, partiyadan istefa verim". Bu  sözləri AXCP sədrinin müavini vəzifəsindən və partiyadan istefa vermiş Razi Nurullayev facebook sosial şəbəkəsində yazıb.  Sabiq sədr müavini AXCP sədrini ona təzyiq etməkdə suçlandırıb: "Əsas olmadan məni partiyadan çıxmağa məcbur etdi. Partiyadan öz xoşuma getmədim. Çünki, mən içəridə mübarizə aparıb onu içindən dəyişmək istəyirdim. O isə, partiyaya şirkəti kimi baxdığından buna təhamül eləmədi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00