“Əli Kərimli Rəyasət Heyətində özünə “İşverən”lər, “Yastı Salman”lar və “Yalıncıq”lar komandası düzəldib”
Razi Nurullayev: “Gözəl Bayramlı, Həsən Kərimov, Natiq Ədilov və Fuad Qəhrəmanlı kimi qaragüruhla əhatə olunan sədr kənardan gələn sağlam düşüncəyə və müstəqil fikrə düşməndir”
21 Fevral 2015 13:48 SiyasətAXCP-dən istefa vermiş politoloq Razi Nurullayev partiya sədri Əli Kərimlinin yaxın ətarfı haqqında sədt tənqidi fikirlər səsləndirib. Nuurllayev deyib ki, Əli Kərimliyə ən yaxın olanlar zombiləşmiş və öz əqidəsi və düşüncəsi ilə hərəkət etməyənlərdir: "Rəyasət Heyətində ağıllı və müstəqil söz deyənləri qəbul etmirlər. O, insanlar abır və həyasına bürünüb səslərini çıxarmırlar. Mən onların səsi olacağam. Onarın ürəklərində saxladıqları və dilə gətirmədiklərini hər gün bir-bir açıqlayacağam. Gözəl Bayramlı, Həsən Kərimov, Natiq Ədilov və Fuad Qəhrəmanlı kimi qaragüruhla əhatə olunan sədr kənardan gələn sağlam düşüncəyə və müstəqil fikrə düşməndir. Qaragüruhun ən öndə olan hissəsi budur. Onlardan kiçikləri isə onlardan ilham alanladır. Sədr də ancaq onları o yan bu yana çəkib nəsə piçi-pıçı qururdu. Başa düşmürdü ki, Rəyasət Heyəti dediyi və onlarla adamı topladığı qurumda digərlərinin hissiyatını və qürurunu təhqir edir". Politoloq deyib ki, Rəyasət Heyəti və ondan aşağı qurumlarda özünə "İşverən"lər, "Yastı Salman"lar və "Yalıncıq"lar komandası düzəldib özünə sədr. Bunların əlindən heç kim göz aça bilmir: "İndi AXCP-dən mən də getdim. Fərqli baxış və fərqli imic mən idim. İndi qaldı Əli Kərimli və onu əhatə edən qaragüruh zehniyyəti! Amma, mübarizəmiz davam edir. Partiyanı bu qaragüruh zehniyyətindən qurtarmaq üçün daha səylə işləyəcəyik".