Çavuşoğlu ölkəmizə gəlir
Türkiyə xarici işlər naziri 25-26 fevral tarixlərində Bakıda olacaq
20 Fevral 2015 17:54 SiyasətTürkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycana səfər edəcək. Anspress-in məlumatına görə, Mevlüt Çavuşoğlu Azərbaycana rəsmi bir ziyarət reallaşdıracaq. Türkiyə XİN-dən bildirilib ki, nazir Çavuşoğlu Türkiyə ilə Azərbaycan arasında mütəmadi olaraq həyata keçirilən yüksək səviyyəli səfərlər çərçivəsində, 25-26 fevral 2015-ci il tarixlərində Azərbaycanda rəsmi təmaslarda olacaq. Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun səfəri zamanı keçiriləcək görüşlərdə, Türkiyə-Azərbaycan əlaqələrinin gündəmində yer alan mövzular və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Bununla yanaşı, regional və beynəlxalq məsələlər də əhatəli şəkildə gözdən keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00