Pentaqonun dəstəklədiyi ordudan növbəti sarsıdıcı zərbə: "Hizbullah"ın nəhəng raket arsenalı partladıldı
12:55 Sərgilərİsrail ordusu Livanın cənubundakı təhlükəsizlik zonasında həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar çərçivəsində "Hizbullah" hərəkatına məxsus çoxsaylı gizli silah anbarlarını aşkar edib.
Musavat.com xəbər verir ki, xüsusi təyinatlıların keçirdiyi reydlər zamanı qruplaşmanın əsas dayaq məntəqələrində yerləşən bu anbarlardan böyük miqdarda raket qurğuları, ağır pulemyotlar, kustar üsulla hazırlanmış partlayıcı qurğular və müxtəlif təyinatlı raketlər tapılıb.
İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin yaydığı rəsmi məlumatda bildirilir ki, ələ keçirilən bu nəhəng arsenalın yaxın günlərdə birbaşa İsrail hərbçilərinə qarşı irimiqyaslı hücumlarda istifadə edilməsi planlaşdırılıbmış.
Bölgədə hərbi mühəndislərin nəzarəti altında keçirilən təxirəsalınmaz əməliyyatla aşkarlanan bütün strateji anbarlar və oradakı ölümcül silahlar partladılaraq tamamilə məhv edilib.