Mixail Saakaşvili: “Ya birlikdə olacağıq, ya da ümumiyyətlə olmayacağıq” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında ölkədəki siyasi vəziyyətlə bağlı kəskin bəyanat yayaraq müxalifəti birliyə çağırıb. Eks-prezident bildirib ki, hakimiyyətin "dinastik idarəçiliyi" möhkəmləndirmək və baş nazir postuna öz oğlunu gətirmək niyyətində olduğu bir vaxtda keçmişin hesablaşmalarına vaxt ayırmaq yolverilməzdir. O, partiyadaxili parçalanmaları böyük səhv adlandıraraq, xalqın arasına çıxan, enerjili siyasətçilərin vacibliyini vurğulayıb. 

Saakaşvili Nika Melia ilə bağlı yaranan anlaşılmazlığa da toxunaraq, onun fədakarlığını yüksək qiymətləndirdiyini və hazırkı kritik məqamda fərdi ambisiyaların kənara qoyulmasının "ölüm-qalım" məsələsi olduğunu qeyd edib: "Ya biz birlikdə olacağıq, ya da ümumiyyətlə yox olacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31