Donald Tramp Hörmüz boğazı ilə bağlı NATO-ya təcili müraciət etdi

ABŞ lideri Donald Tramp ilə NATO-nun baş katibi Mark Rutte arasında 8 aprel çərşənbə günü keçirilən görüşün nəticəsi olaraq alyans üzvlərinə Hörmüz boğazı təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görmək çağırışı edilib.

Milli.Az xəbər verir ki, bu barədə Avropa diplomatları CNN telekanalının jurnalistlərinə bildiriblər.

Mənbələrin məlumatına görə, Ağ Evin rəhbəri bu öhdəliklərin qəbul olunmasına bir neçə gündür çalışır. Həmsöhbətlər vurğulayıblar ki, məsələ həm ABŞ, həm də Avropa üçün təxirəsalınmaz əhəmiyyət daşıyır.

Bununla belə, anonim diplomatik nümayəndələrdən biri qeyd edib ki, Rutte Trampa izah etməli olub ki, Şimali Atlantika Alyansındakı müttəfiqlər ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədən "tamamilə təəccübləniblər".

"Böyük Britaniyanın baş naziri Keir Starmer rəhbərliyi altında və bu 34 ölkənin ABŞ ilə sıx əməkdaşlığı fonunda biz açıq şəkildə ümumi mövqe və razılıq görürük ki, boğazın bağlanması ilə barışa bilmərik. O açıq qalmalıdır", - deyə Rutte 9 aprel tarixində Vaşinqtondakı çıxışında bildirib.

Bu bəyanat Donald Tramp-ın NATO-ya yönəltdiyi yeni tənqid dalğasının qarşısını almayıb. ABŞ liderinin sözlərinə görə, müttəfiqlər Vaşinqtonun onlara ehtiyacı olduğu vaxt yanında olmayıblar və bu səbəbdən gələcəkdə dəstək verə biləcəklərinə dair şübhələr mövcuddur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31