Tina Bokuçava: "Rejim müxalifət birliyindən qorxduğu üçün vaxt qazanmağa çalışır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın "Vahid Milli Hərəkat" partiyasının sədri Tina Bokuçava Baş nazir İrakli Kobaxidzenin müxalif partiyaların qadağan edilməsi ilə bağlı bəyanatına kəskin reaksiya verib. Bokuçava hakimiyyətin bu addımları qəsdən yubatdığını və bunun arxasında siyasi qorxu dayandığını bildirib.

Bokuçavanın sözlərinə görə, hakim rejim beynəlxalq tərəfdaşların sərt reaksiyasından və birpartiyalı diktaturanın rəsmiləşməsindən çəkinir: "Xəyanət komissiyası"nın yaradılmasına baxmayaraq, partiyaların qadağan edilməsi prosesi aylardır uzadılır. Hakimiyyət bu repressiv addımın ağır nəticələr doğuracağını və "qırmızı xətt" olduğunu anlayır. Kobaxidzenin bəyanatı rejimin yeni yaradılmış "Müxalifət Alyansı" qarşısındakı qorxusunu nümayiş etdirir.

Baş nazir İrakli Kobaxidze "Müxalifət Alyansı" ilə bağlı çıxışında Konstitusiya Məhkəməsinə təqdim olunan iddianın yeni konfiqurasiyaya uyğun olaraq yenilənməli olduğunu bildirib. Bokuçava isə bunu sadəcə texniki bəhanə və vaxt qazanmaq cəhdi kimi qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31