Erməni milyarder ev dustaqlığında qaldı

"Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan ev dustaqlığında qalacaq.

Musavat.com-un məlumatına görə, bu barədə erməni mediası xəbər yayıb. Nikol Paşinyanın seçkilərdəki əsas rəqibi olacaq iş adamının vəkili Aram Vardevanyanın sözlərinə görə, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi onun müdafiəsinin şikayətini təmin etməyib.

Vəkil idfia edib ki, Karapetyan kifayət qədər hüquqi əsas olmadan 260 gündür ki, ev dustaqlığındadır. "Əslində bu, onun Eçmiədzinin müdafiəsində ictimai mövqeyinə görə baş verir", - Vardevanyan bildirib.

İş adamı, kilsənin əsas donoru olan Samvel Karapetyan 2025-ci ilin iyununda din xadimləri ilə hakimiyyət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsinə açıq dəstək verdikdən sonra həbs edilib. Karapetyan isə hökumətin hərəkətlərini siyasi təzyiq kimi göstərərək ittihamları rədd edib.
2025-ci il dekabrın sonunda o, həbsdən ev dustaqlığına buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31