Bu ölkədə 7 bal gücündə zəlzələ oldu

İndoneziya sahillərində, Kalimantan adası yaxınlığında 7,0 bal gücündə zəlzələ baş verib. Bu barədə Çin Seysmoloji Şəbəkələr Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin ocağı 620 kilometr dərinlikdə yerləşib. Dağıntılar barədə hələlik məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31