Kreml xəbərdarlıq etdi: İrana zərbə regionu partlada bilər - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İrandakı gərginliklə bağlı rəsmi Moskvanın mövqeyini açıqlayıb. 

Peskov bildirib ki, İrana qarşı hər hansı hərbi müdaxilə regionda genişmiqyaslı sabitliyin pozulmasına gətirib çıxaracaq. Rusiya tərəfləri təmkinli olmağa və yaranmış problemləri yalnız dinc danışıqlar yolu ilə həll etməyə çağırıb.

İranda nələr baş verir?

Xatırladaq ki, 2025-ci ilin dekabrından İranda milli valyutanın dəyərdən düşməsi ilə başlayan etirazlar qısa müddətdə siyasi xarakter alıb. Qərb mediası 30 mindən çox insanın öldüyünü iddia etsə də, İran XİN rəhbəri Abbas Əraqçi son iğtişaşlarda 3117 nəfərin həlak olduğunu açıqlayıb. 

Tehran hadisələrin arxasında ABŞ və İsrailin dayandığını bildirsə də, yanvarın 12-də vəziyyətin tam nəzarətə alındığını elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31