Ermənistanda hərbi büdcə narahatlığı: Balans pozulur – ÖZƏL

Ermənistanın müxalif deputatı, Respublika Partiyasının üzvü Tiqran Abramyan Azərbaycanın 2026-cı il üçün hərbi büdcəsinin kəskin artması ilə bağlı həyəcan təbili çalıb.

Olaylar.az xəbər verir ki, deputat öz "Facebook" səhifəsində Bakının hərbi xərclərinin ötən illə müqayisədə təxminən 44% artdığını diqqətə çatdırıb.

Abramyan qeyd edib ki, Azərbaycanın bu addımı və bunun yaratdığı risklər Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin müvafiq hesabatında da öz əksini tapıb. Deputat Ermənistan hakimiyyətinin siyasətini tənqid edərək aşağıdakı məqamları vurğulayıb: Azərbaycan hərbi xərcləri artırdığı halda, Ermənistan hərbi büdcəsini təxminən 15-16% azaldıb. İcbari hərbi xidmət müddətinin qısaldılması mövcud vəziyyətə uyğun olmayan addım kimi qiymətləndirilib.

Deputatın fikrincə, "pozulmuş"  hərbi balansın daha da dərinləşməsi rəsmi Bakıya Ermənistana qarşı həm birbaşa, həm də dolayı təzyiq üçün geniş imkanlar yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31