Göyərtəsində 400-dək sərnişin olan bərə batdı: Onlarla ölü və itkin var
11:57 SərgilərFilippinin cənubunda Basilan əyalətindəki Baluk adası yaxınlığında "Trisha Kerstin 3" sərnişin bərəsi batıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər ölüb, 43 nəfər itkin düşüb. Basilan əyalətinin qubernatoru Mujiv Hatamanın sözlərinə görə, axtarış-xilasetmə əməliyyatı zamanı 317 nəfər xilas edilib. Xilasedicilər sağ qalanların axtarışını davam etdirirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31