Ermənistan kəşfiyyat hesabatı tənqid atəşində – ÖZƏL

Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin illik hesabatı ölkənin qarşısında duran real təhlükə və çağırışları əks etdirmir. 

Olaylar.az xəbər verir ki, bu fikirləri politoloq, təhlükəsizlik üzrə ekspert Vazgen Petrosyan Sputnik Ermənistana açıqlamasında bildirib.

Onun sözlərinə görə, sənəd ümumi şablon ifadələrlə doludur və dərin təhlildən uzaqdır. Hesabatda 2026-cı ildə Ermənistan-Azərbaycan arasında yeni hərbi eskalasiyanın "demək olar mümkünsüz" sayılması da Petrosyan tərəfindən əsaslandırılmamış qiymətləndirmə kimi dəyərləndirilir. Ekspert hesab edir ki, Azərbaycanın hərbi xərclərinin artması və "Qərbi Azərbaycan" ritorikası sülh prosesinə real risklər yaradır.(?)

Petrosyan bildirir ki, sənəddə qlobal geosiyasi dəyişikliklər, ABŞ-NATO, ABŞ-Aİ münasibətləri, İran-İsrail gərginliyi və Yaxın Şərqdəki proseslərin Ermənistana mümkün təsirləri nəzərə alınmayıb. Xüsusilə, İranda vəziyyətin pisləşməsi fonunda Sünik bölgəsi üçün yarana biləcək təhlükələr hesabatda yer almayıb.

Ekspert həmçinin, seçkilər ərəfəsində "hibrid hücumlar" barədə deyilənləri diqqəti real təhdidlərdən yayındırmaq cəhdi kimi qiymətləndirib və vurğulayıb ki, Ermənistana qarşı aparılan "kognitiv müharibə"nin məqsədi cəmiyyətdə dost və düşmən anlayışlarını dəyişməkdir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31