Trampın sabiq məsləhətçisi detalları açdı: Rusiya ABŞ-yə Venesuela əvəzinə nə təklif edib?

Tramp administrasiyasında Rusiya və Avropa üzrə məsləhətçi olmuş Fiona Hill 2019-cu ildə Moskvanın Vaşinqtona qeyri-rəsmi, lakin açıq mesaj ötürdüyünü açıqlayıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiya rəsmiləri ABŞ-a belə bir "mübadilə" təklif ediblər:
ABŞ Venesuelada istədiyi kimi hərəkət etmək azadlığı əldə edir, Moskva isə Ukraynada "istədiyini edir".

Hill bildirib ki, bu yanaşma Rusiyanın öz "Doktrina Monro" anlayışına əsaslanırdı. Rus tərəfi Vaşinqtona belə mesaj ötürüb: "Sizin Doktrina Monronuz var. Bizim də var. Siz Ukraynada bizim 'arxa həyətimizdəsiniz'."

Keçmiş müşavir qeyd edib ki, məhz bu cür siqnallara cavab olaraq o, xüsusi tapşırıqla Moskvaya göndərilib və Rusiyaya sərt şəkildə bildirilib ki, Ukrayna heç bir halda siyasi alver predmeti deyil.

Məlumat The Kyiv Independent nəşrinə istinadla yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31