Həmas İsraillə atəşkəsi uzatmaq istəyir - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Radikal Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında İsraillə atəşkəsi uzatmaq istəyir və danışıqlarda əlində olan bütün kartlardan istifadə edir".

Olaylar.az xəbər verir ki, bunu hərəkatın siyasi bürosunun üzvü bildirib.

"Biz əlimizdə olan kartlardan istifadə edərək təcavüzü birdəfəlik dayandırmaq üçün atəşkəsi uzatmağa çalışırıq" - o, deyib.
Onun sözlərinə görə, Həmas Qətər və Misirlə əlaqə saxlayır.
"Biz hərtərəfli və ya qismən razılaşma əldə etməyə hazırıq. Hərtərəfli razılaşma bütün fələstinli məhbusların İsrail həbsxanalarından azad edilməsi müqabilində hərbçilərə (əsirlərə) aiddir və ya mülki şəxslərlə bağlı qismən sövdələşmə ola bilər", - o, əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31