Qazaxıstan birjası Rusiya səhmlərinin satışını dayandırıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan Fond Birjası (KASE) bu gündən etibarən Rusiya şirkətlərinin səhmlərinin satışını dayandırdıqlarını açıqlayıb.

KASE-nin açıqlamasında bildirilir ki, bəzi Rusiya şirkətlərinə tətbiq edilən məhdudiyyətlər səbəbindən martın 1-dən etibarən bu şirkətlərin səhmlərinin birjada satışı dayandırılıb.

"Ticarətin dayandırılması ilə bağlı qərar bu şirkətlərin qiymətli kağızları üzrə əməliyyatlara qoyulan məhdudiyyətlərlə bağlı Mərkəzi Depozitardan daxil olan məlumatlar çərçivəsində qəbul edilib" - məlumatda deyilir.

Qazaxıstan birjasında səhmləri dayandırılan Rusiya şirkətləri arasında federal hava yolu şirkəti Aeroflot, təbii qaz şirkəti Qazprom, neft şirkəti Lukoil, həmçinin Rostelekom və Sberbank kimi ümumilikdə 13 şirkət var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31