Bu ölkənin enerji şirkəti Rusiyadakı müştərək müəssisələrini tərk edir
28 Fevral 2022 11:19 SərgilərOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Norveçdə yerləşən Equinor enerji şirkəti Rusiyadakı müştərək müəssisələrdən çıxmağa başlayacağını və ölkəyə yeni investisiyaları dayandıracağını açıqlayıb.
Norveç mərkəzli enerji şirkəti Equinor tərəfindən edilən açıqlamada, Equinor-un Rusiyada 30 ildən artıq fəaliyyət göstərdiyi və 2012-ci ildən bu yana Rusiyanın Rosneft neft şirkəti ilə əməkdaşlıq müqaviləsi olduğu vurğulanıb.
Norveç, Avropa Birliyi və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara uyğun hərəkət edən şirkətin Rusiyadakı müştərək müəssisələrindən çıxmağa və ölkəyə yeni investisiyaları dayandırmağa başlayacağı bildirilib.
Açıqlamada, Equinor-un 2021-ci ilin sonu etibarilə Rusiyada 1,2 milyard dollarlıq dövriyyə aktivlərinə sahib olduğu və ortaq müəssisələrdən çıxmaq qərarının aktivlərdə dəyər itkisinə səbəb olacağı və bunun davam edəcəyi qeyd edilib.