Bu ölkədə quş qripi yayılıb
7 Fevral 2022 16:53 SərgilərOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Kamerunun qərbində H5N1 quş qripi epidemiyası qeydə alınıb.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Onların sözlərinə görə, infeksiyanın episentri Konqso şəhərindəki quşçuluq fermasıdır. Ərazidə sanitar kordonlar qurulub, ev quşlarının daşınmasına qadağa qoyulub. Quşçuluq təsərrüfatlarında quş qripinə görə yoxlanılır.
Kamerun Afrikanın qərbində son aylarda quş qripi xəstəliyinin baş verdiyi ən sonuncu dövlət oldu. Keçən avqust ayından etibarən bu xəstəlik Kot-dchr("39")İvuar, Qana, Benin, Nigeriya və Burkina Fasoda ev quşlarında aşkarlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31