Cənubi Koreyada qırıcı təyyarə qəzaya uğrayıb

Olaylar.az xəbər verir ki, Cənubi Koreya Hərbi Hava Qüvvələri yanvarın 11-də  F5E qırıcısının Gyeonggi əyalətində dağlıq ərazidə  qəzaya uğradığını açıqlayıb.

Bu barədə Cənubi Koreya xəbər agentliyindən verilən məlumatda bildirilib.

"Təyyarə havaya  qalxan zaman Xvason şəhərində dağa çırpılıb"- deyərək, pilotun vəziyyətinin təsdiqlənmədiyini, qəzanın səbəbinin də açıqlanmadığını qeyd edib.

Mənbə əlavə edib ki, qəza dağlıq ərazidə baş verdiyi üçün heç bir ziyan töərtməyib, təyyarədə partlayıcı maddə olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31