Rusiyada koronavirusun iki yeni forması tapıldı
19 Aprel 2021 14:23 SərgilərRusiyada koronavirusun iki yeni variantının formalaşması qeydə alınıb.
Olaylar.az-ın məlumatına görə, bunu Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova deyib.
Onun sözlərinə görə, ölkə ərazisində virusun Sibir variantı və şimal-qərb variantı müşahidə olunub:
"Bu mutasiyaların heç biri xaricdə qeydə alınan ştammlara bənzəmir".
O bildirib ki, yeni variantlarla əlaqədar zəruri araşdırmalar aparılır. teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31