Tibb İnnovasiyaları Sərgi və Forumu keçiriləcək
Tibb İnnovasiyaları Sərgi və Forumu keçiriləcək
17 Sentyabr 2019 11:41 Sərgilər6-7 noyabr tarixlərində "JW MARRIOTT Absheron Baku"-da "Medinex" - Tibb İnnovasiyaları Sərgi və Forumu keçiriləcək.
Olaylar.az bildirir ki, "Medinex" - tibb və səhiyyə innovasiyalarını əhatə edən Qafqaz regionunda ən iri və Azərbaycanda yeganə tədbirdir. "Medinex" sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir.
Qeyd edək ki, "Medinex" sərgisi 3 zonadan ibarət olacaq.
Showcase zonasında səhiyyə sahəsində qlobal inkişaf trendləri ilə tanış olmaq, məhsul və xidmətləri təqdim etmək, potensial tərəfdaşlarla tanış olmaq və mövcud əlaqələri möhkəmləndirmək mümkün olacaq.
Tibb sahəsinin sabahını artıq bu gün görmək imkanı yaradacaq digər zona - İnnovasiyalar zonası sərgi qonaqlarına tibb sahəsinin ən müasir layihələrini və nailiyyətlərini, inqilabi prototiplərini və gələcəyin texnologiyalarını və avadanlıqlarını nümayış edəcək.
Sərgini müşayiət edəcək əlavə tədbirlər, çoxsaylı biznes görüşlər, tibbdə futurologiya mövzusunda təqdimatlar, müxtəlif təqdimatlar, sessiyalar Prezentasiya zonasında yer alacaq.
"Medinex" sərgisində Tibbdə informasiya texnologiyaları; tibbi texnika və avadanlıq; tibbi məhsullar; dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr; ortopediya, stomatologiya, stomatoloji avadanlıq və alətlər, stomatoloji xidmətlər; optika və oftalmologiya; pediatriya və ixtisaslaşmış pediatrik xidmətlər; innovativ laboratoriya avadanlıqları və texnologiyaları; farmasevtik avadanlıq; tibb müəssisələri və apteklər üçün avadanlıq; tibbi turizm; yaşlı nəsil üçün məhsullar; diyetologiya; tibbi təhsil; BeFit - sağlam həyat tərzi kimi sektorlar təqdim olunacaq.