Keniyada hotellər və ofislər ərazisində partlayıcı qurğu tapılıb
17 Yanvar 2019 17:06 SərgilərKeniyanın paytaxtı Nayrobi şəhərində "Dusit" hotel-ofis kompleksi ərazisində partlayıcı qurğu aşkar olunub.
"İndiyə qədər bir partlayıcı qurğu aşkar edilib. Yaxın zamanda o, mütəxəssislər tərəfindən məhv ediləcək", - yerli polis nümayəndələri bildirib.
Bununla yanaşı, mütəxəssislər ərazidə başqa partlayıcı qurğu olub-olmamasını dəqiqləşdirmək üçün axtarışları davam etdirir. Kompleksin bütün qonaqları evakuasiya olunub.
İlkin məlumatlara görə, hücum edənlərə aid bəzi sənədlər də aşkar edilib.
Daha əvvəl Nayrobidə yaraqlıların hotelə hücumu nəticəsində 21 nəfərin öldüyü bildirilib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31