Türkiyəyə qorxunc hücumlar olacaq - ABŞ-dan ŞOK XƏBƏRDARLIQ

ABŞ-ın Dövlət Departamenti vətəndaşlarına Türkiyəyə səyahət etməmələri barədə xəbərdarlıq edib. Açıqlamada Suriya və İraqla sərhəd təhlükənin artdığı bildirilir.

ABŞ-ın Dövlət Departamenti vətəndaşlarına Türkiyəyə səyahət etməmələri barədə xəbərdarlıq edib.

Açıqlamada Suriya və İraqla sərhəd təhlükənin artdığı bildirilir.

Dövlət Departamenti Türkiyə daxilində səyahət riskini 3-cü, Suriya və İraqla sərhədyanı bölgələrdə isə ən yüksək - 4-cü səviyyə olaraq qiymətləndirib. Açıqlamada, terror qruplarının terror hücumları təşkil edə biləcəyi barədə xəbərdarlıq edilib.

Xüsusilə, vətəndaşlara turistik zonalar, nəqliyyat mərkəzləri, ticarət mərkəzləri, yerli hökumət binaları, otellər, əyləncə klubları, restoranlar, ibadət yerləri, mədəniyyət və idman mərkəzləri, təhsil müəssisələri, hava limanları və xalqa açıq digər məkanların hədəf ola biləcəyi qeyd edilib.

Batman, Bingöl, Bitlis, Diyarbəkr, Gaziantep, Hatay, Kilis, Mardin, Şanlıurfa, Şırnak, Tunceli və Van vilayətlərinə səyahət edən ABŞ vətəndaşlarına təcili tibbi yardımın gostərilməsində çətinliklərin olacağı ifadə edilib.

Qeyd edək ki, Türkiyədə çalışan amerikalı işçilərin bu vilayətlərə səlahiyyətlilərin icazəsi olmadan səyahət etmələri qadağandır.

Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31