İğdırda PKK-çılarla atışma: ölən və yaralanan türk hərbçilər var

Türkiyənin İranla sərhəddə yerləşən İğdır vilayətinin Aralık yaşayış məntəqəsində PKK silahlıları ilə türkiyəli hərbçilər arasında atışma olub.

İnsident PKK terrorçularının hərbi hissələrdən birini minaatanlardan atəşə tutmasından sonra qeydə alınıb.

Atışma nəticəsində bir hərbçi ölüb, ikisi yaralanıb.

Türkiyə Silahlı Qüvvələri ərazidə PKK döyüşçülərinin məhv edilməsi üzrə əməliyyata başlayıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31